
Xoş gəldiniz
Adı
qədər özü də cənnəti xatırladan bu istirahət mərkəzi
Şəki-Oğuz şossesinin kənarında yerləşir. Bu gözəl guşə hər
tərəfdən yaşıllıqla əhatə olunmuşdur. Dörd böyük hovuzun
ətrafına əkilmiş xan çinarları və xarici ölkələrdən
gətirilmiş iriyarpaq nadir ağaclar burada istirahət edən
qonaqların qəlbinə əlavə sərinlik gətirir. Hündür dağların
ətəyində yerləşən cənnət bağının Şəki torpağına istirahətə
gələn qonaqların nəzərindən qaçması qeyri-mümkündür.
Dekorativ və çimərlik hovuzları fontan və daimi yenilənən
şəffaf su ilə təmin edilmişdir. Hər bir istirahət evi ayrı
ayrılıqda avrostandartlara uyğun olaraq ailələrin tələbatını
təmin edə biləcək bütün ləvazimatlarla təhçiz edilmişdir.
Otaqlarda sərinləşdiricilər, sputnik telekanalların yayımı,
təmiz yataq dəstləri, duş fəaliyyət göstərir. Burada
yaradılan yüksək xidmət sizi çox məmnun edəcəkdir.


